» Haqqımızda

Haqqımızda

I. ÜMUMİ MÜDDƏALAR


1.1. «Gələcək» İntellektual İnkişafa Yardım İctimai Birliyi(bundan sonra “Birlik” adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və “Qeyri hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa, həmçinin bu Nizamnamə əsasında qurur.

1.3. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.4. Birliyin yerləşdiyi ünvan: Azərbaycan Respublikası, Ucar rayonu, Oğuz küçəsi.84


II. BİRLİYİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏD VƏ PREDMETİ


2.1 Birliyin əsas məqsədi gənclərin liderlik qabiliyyətinin artırılması, intellektual bacarıqlarının üzəçıxarılması , inkişaf etdirilməsi və iqtisadi bacarıqlarının artırılması istiqamətində fəaliyyətgöstərməkdən ibarətdir.

2.2 . Birliyin məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirib:

2.2.1 Sağlam düşüncə tərzinin formalaşdırılması istiqamətində vatənpərvərlik, elm və mədəniyyət sahəsində bilik və intellektual bacarıqların artırılması və bu istiqamətdəmədəni dəyərlərin öyrənilməsi və təbliği;

2.2.2. Mədəniyyətin, Elmin, təhsilin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, tədqiqatların aparmaq və təkliflər hazırlamaq.

2.2.3. Gənclərin intellektual inkişafına,müxtəlif biliklərə yiyələnməsinə, informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının artmasına kömək etmək.

2.2.4. Vətənpərvərlik ruhunun aşılanması, milli mənəvi dəyərlərin təbliği.

2.2.5.Birliyinin məqsədlərinə uyğun olaraq ölkə daxili və xarici elmi mədəni təşkilatları ilə əməkdaşlığın, o cümlədən təcrübə mübadiləsinin aparılması;

2.2.7. Gənclərin intellektual inkişafı ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və təbliğ edilməsi;

2.2.8. Gənclərdə sabah üçün savadlı kadr olmalıyam düşüncəsini yaratmaq və bu yolda tədqiqatların aparılması və təkliflərin hazırlanması:

2.2.9. Ölkədə təhsil alan gənclərlə ölkə xaricində təhsil alan gənclər arasında intellektual bilik mübadiləsi aparılmasına şərait yaradılması üçün tədqiqatların aparılması və təkliflərin hazırlanması:

2.2.10. Gənclərin dünyagörüşünü artırmaq, eyni zamanda milli mənəvi dəyərlərimizin daha dərindən öyrənilməsi üçün tədbirlərin keçirilməsi:

2.3. Birlik qarşısına qoyduğu məqsədləri aşağıdakı formalarda həyata keçirir:

2.3.1. Görüşlər, simpoziumlar, konfranslar, forumlar, dəyirmi masalar, treninqlər, kurslar, müsabiqələr və başqa tədbirləri təşkil edir;

2.3.2. Gənclərin intellektual inkişafı üçün layihələr, konsepsiyalar və təkliflər verir;

2.3.4. Jurnallar, bülletenlər, kitabçalar, broşuralar və s. çap edib yayır, hüquqi reklam çarxları hazırlayır;

2.3.5. Elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər, sorğular aparır, layihələr, təkliflər paketi hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;

2.3.6. Gənclərin elmi, mədəni, intellektul inkişafına aid olan mərkəzlər, xidmət sahələri, qruplar, bölmələr, komissiyalar və s. yaradır;

2.3.7. Qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri, mətbu nəşrlər təsis edir;

2.3.8. Birlik Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər.

2.4. Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün, bu Nizamnaməyə və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir.


III. BİRLİYİN HÜQUQLARI


3.1. Birlik aşağıdakı hüquqlara malikdir:


  • öz adından əqdlər bağlamaq, əmlakı və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
  • fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
  • Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
  • banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
  • müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
  • qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıqfəaliyyəti ilə məşğul olmaq;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.



IV. BİRLİYİN ƏMLAK VƏ MALİYYƏ FƏALİYYƏTİ


4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3.Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

  • təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları və ianələri;
  • idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələr
  • sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər
  • qiymətli kağızlardan alınan dividentlər;
  • öz əmlakından və onun satılması nəticəsində əldə edilən gəlirlər;
  • qrantlar;
  • qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlak üzvlərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.7. Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və 31 dekabrda başa çatır. Növbəti maliyyə ili isə 1 yanvarda başlayır və 31 dekabradək olan dövrü əhatə edir.


V. BİRLİYƏ TƏSİSÇİLİK VƏ ÜZVLÜK, ONLARIN

HÜQUQ VƏ VƏZİFƏLƏRİ


5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanılmış müqavilə ilə və ya Nizamnamə ilə müəyyən edilir. İctimai Birliyin təsisçiləri birliyin fəaliyyətində bir başaiştirak etmək hüquqlrına malikdirlər.

5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs(dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

5.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.

5.5. Birliyə daxil olmaq istəyən şəxslər İdarə Heyətinə yazılı şəkildə müraciət edir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyəti üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

5.6. Birliyin üzvlərinə Birliyin İdarə Heyəti tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir.

5.7. Birliyin üzvləri bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

  • bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
  • Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və seçilmək;
  • Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
  • Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
  • öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
  • onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

5.8. Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

5.9. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

5.10. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

  • Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;
  • Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək;
  • Nizamnamə tələblərinə riayət etmək;
  • Birliyin tədbirlərində iştirak etmək.

5.11. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.12. Birlikdə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

  • Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
  • Birliyin üzvlüyündən çıxardıldıqda.

5.13. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

  • Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
  • Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
  • nizamnamə tələblərini yerinə yetirmədikdə.

5.14. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilir.

5.15. Birlik üzvünün həmin qərardan narazı qaldığı halda Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.


VI. BİRLİYİN TƏŞKİLAT STRUKTURU VƏ

İDARƏETMƏ ORQANLARI


6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir;

·Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;

·Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;

·Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

·illik hesabatın təsdiq edilməsi;

·başqa təşkilatlarda iştirak;

·Birliyin yenidən təşkili və ləğv edilməsi;

·Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.

6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

6.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Nizamnaməyə dəyişiklik və əlavələr edilməsi, Birliyin ləğv edilməsi barədə qərar üçdə iki səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanları həyata keçirir.

6.8. İdarə Heyəti Birliyin Sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan kollegial icra orqanıdır.

6.9. İdarə Heyəti aşağıdakı səlahiyyətlərə malikdir:

·Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;

·təkliflər və layihələr irəli sürür;

·Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;

·Birliyin başqa idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

6.10. İdarə Heyətinin iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.

6.11. İdarə Heyətinin sədri və müavinləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir.

6.12. Sədr:

  • İdarə Heyətinin iclaslarında sədrlik edir, İdarə Heyətinin işinə rəhbərlik edir;
  • Birliyin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir və icraedici, sərəncam verici funksiyaları daşıyır;
  • Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
  • Ümumi Yığıncaq tərəfindən və qanunla onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

6.13. Birliyin sədr müavinləri:

  • Birliyin Ümumi Yığıncağı üzvləri arasından müəyyən olunur, Sədrin təqdimatı ilə Birliyin Ümumi Yığıncağı tərəfindən sadə səs çoxluğu ilə seçilir;
  • Birliyin sədri vəzifələrini icra edə bilmədikdə və ya vəzifələrini icra etmə imkanlarının olmadığı digər hallarda müavinlərdən biri sədri əvəz edir;
  • Sədrin qərar və tapşırıqlarını yerinə yetirir;
  • Öz sahələri üzrə bütün işlərə görə məsuliyyət daşıyır, tələb olunduqda Sədrə və Ümumi Yığıncağa hesabat verir;
  • Sədrin təqdimatı ilə və Ümumi Yığıncaq tərəfindən vəzifədən azad edilir və yerinə yenisi seçilir;

6.13. Birliyin nəzarət-təftiş komissiyası vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK-nın say və tərkibi Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK üzvlərinin səlahiyyət müddəti 2 (iki) ildir.

6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan ərizələrə bir ay ərzində baxıb cavab verməlidir.


VII. BİRLİYİN EHTİYAT VƏ DİGƏR FONDLARI

Birlik qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyat (sığorta), amortizasiya, xeyriyyə və digər fondlar yarada bilər.


VIII. BİRLİYİN MALİYYƏ İLİ

8.1. Birliyin maliyyə ili, əgər təşkilat oktyabr ayının 1-dək qeydiyyata alınarsa, onun 1-ci hesabat dövrü dövlət qeydiyyatına alındığı tarixdən dekabrın 31-i də daxil olmaqla, oktyabr ayının 1-dən sonra qeydiyyata alınarsa isə 1-ci hesabat dövrü onun dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla hesablanır.

8.2. Digər illər üçün maliyyə ili yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla hesablanacaqdır.


IX. HESABAT

9.1. Birlik müstəqil surətdə öz fəaliyyətini planlaşdırır və inkişaf perspektivlərini, istehsal və sosial inkişafın istiqamətlərini müəyyən edir.

9.2. Birlik öz fəaliyyətinin nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və formada mühasibat və əməliyyat uçotu, statistik hesabat aparır, balans tərtib edir.



X. SIĞORTALANMA

Birliyin əmlakının, istehsal, maliyyə və digər risklərinin sığortası Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığorta nəzərdə tutulan hallar istisna olmaqla, onun öz mülahizəsi ilə həyata keçirilir.


XI. VERGİLƏR

Birlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vergiləri ödəyir.


XII. ƏMƏK MÜNASİBƏTLƏRİ

12.1. Birlikdə işəgötürmə və işdən azad etmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir.

12.2. Əmək haqqı, Birliyin işçilərinin sosial təminatı məsələləri, məzuniyyətlərin verilməsi işçilərlə bağlanan əmək müqavilələri əsasında qanunvericiliyə uyğun qaydada həll edilir.


XIII. SOSİAL SIĞORTA VƏ TƏMİNAT

Birliyin işçilərinin sosial sığortası və təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.



XIV. BİRLİYİN YENİDƏN TƏŞKİLİ VƏ YA LƏĞV OLUNMASI

14.1. Birlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada yenidən təşkil və ya ləğv edilə bilər. Birliyin yenidən təşkili və ya ləğvi onun təsisçilərinin və ya Birliyin nizamnaməsi ilə vəkil edilmiş orqanın (Birliyin ümumi yığıncağının) qərarı ilə həyata keçirilə bilər.

14.2. Birliyin yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formalarında həyata keçirilə bilər:

14.2.1. Birliyin başqa təşkilatın ona qoşulma formasında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır;

14.2.2. Birliyin ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökümət təşkilatlarının təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır;

14.2.3 Birliyin çevrilmə formasında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan Birliyin ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

14.3. Birliyin yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı olan bütün məsələlər aşağıdakı qaydada həll olunur:

14.3.1. Birlik birləşmə formasında yenidən təşkil edildikdə təşkilatlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış təşkilata keçir;

14.3.2.Birlik qoşulma formasında yenidən təşkil edildikdə qoşulan təşkilatın hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki təşkilata keçir;

14.3.3. Birlik bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış təşkilatlara keçir;

14.3.4. Birliyin tərkibindən bir və ya bir neçə təşkilat ayrıldıqda yenidən təşkil edilmiş təşkilatın hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir;

14.3.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

14.4. Birliyin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Birlik aşağıdakı hallarda ləğv edilə bilər:

14.4.1. Birliyin təsisçilərinin və ya nizamnamə ilə vəkil edilmiş orqanının (Birliyin ümumi yığıncağının) qərarı ilə;

14.4.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı ilə;

14.4.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

14.5. Birliyin ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll olunur.

14.6. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.



XV. DİGƏR ŞƏRTLƏR


15.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

15.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası tətbiq edilir.