“Dördgünlük müharibə” və ya “soyuq duş” » Intellect.az
» » “Dördgünlük müharibə” və ya “soyuq duş”

“Dördgünlük müharibə” və ya “soyuq duş”

05 Aprel 2018, Cümə axşamı
357


Ümumiyyətlə,bəşər tarixində insan oğlunun mövcud olduğu dövrdən ta bugünümüzə kimi yer üzərində cəmi 200 il müharibəsiz-sülh şəraitində keçmişdir.Tayfalararası münaqişələrdən tutmuş,dövlətlər arası toqquşmalara qədər baş vermiş bütün çaxnaşmalar saysız-hesabsız insan təlafatına səbəb olmuşdur.Bütövlükdə götürdükdə “müharibə nəticəsindən asılı olmayaraq həmişə haqsızdır” demək olar.

Ermənistan-Azərbaycan münasibətlərinin kökünə nəzər saldıqda, onlara ağız dolusu “çörəyinə təpik atan” deyə bilərik.Çünki uzun bir tarixi dövr ərzində ,necə deyərlər, kölgəmizə sığınmış və bizdən yaxşı və pis mənada istifadə etmişlər.Yekunda isə hal-hazırda bu simasız millətlə müharibə şəraitində yaşayır və torpaqlarımızın 20 faizininhəsrətini çəkirik.Sözsüz ki,bunlar hamısı müvəqqətidir.Məqsəd sülh yolu ilə məsələnin həllinə nail olmaqdır.Əgər bu vasitə işə yaramazsa onda “b” planına keçmək məqsədə uyğun sayılacaq.

Nəhayət,gəldik mövzuya.”Dördgünlük müharibə”.Tariximizin şanlı səhifələrindən biri və tərəfli-tərəfsiz bütün dünyaya bir “soyuq duş” təsiri bağışlayan həmin o dörd gün.Məsələnin həllində işin içində olan dövlətlərin marağı az-maz siyasətdən başı çıxan hər kəsə məlumdu.O məsələlərə toxunmaq deyil fikrim.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si öldü, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.Əslində,dinc sakinlərə edilən bu təcavüzkarlıq bir millət olaraq onların çirkinliklərini bütün parametrlərdə açıq aydın göstərirdi və bu heç də ilk deyildi.Tarixə nəzər saldıqda bu və bunun kimi özlərinə yaraşan çirkin təxribatların onlarca dəfə şahidi olmuşuq.Lakin böyük təəssüf hissi ilə qeyd etməliyəm ki,bunu nə görən var,nə də ki,siyasi qiymət verən.

Müharibə ordumuzun tamamilə üstünlüyü və nəzarərəti şəraitində davam etmiş və aprelin 3-də Tərtər rayonununTalış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunmuş, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı məhv edilmişdir.Bundan sonra isə ard-arda Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq MərcanlıGoranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Madaqiz kəndi istiqamətində yollar düşməndən tamamilə azad olunmuşdur.Ölkə başçısı İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin “2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə” həsr olunan iclasında , Aprel döyüşləri zamanı 2 min hektar ərazinin işğaldan azad edildiyini qeyd etmişdir.

Bəhs etdiyimiz döyüşlər 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.Saziş imzalandıqdan bu günə kimi qarşı tərəfin özlərinə və öz simalarına yaraşır bir şəkildə hər gün atəşkəs rejimini pozmağı hər kəsə məlumdu.Eyni zamanda bizim də məsələnin həllinə yanaşma tərzimiz məlumdu.Ancaq bu döyüşlər göstərdiki Azərbaycan qarşı tərəfdən fərqli olaraq,istənilən yolla həllə hazırdı və buna gücü yetir.

Yaxşı bəs “aprel döyüşləri” bizə nə verdi? ”Aprel döyüşləri” orduya və millətimə sözlə ifadə olunmayacaq bir özgüvən verdi. ”Aprel döyüşləri” hərbi qulluqçular xaricində minlərlə könüllü vətəndaşı bir məqsəd uğrunda,bir amal uğrunda birləşdirdi.Onlar tərəddüdsüz bir şəkildə bir dəqiqənin içində istənilən əmri yerinə yetirməyə hazır Azərbaycan oğulları idi.Onlar “Mübarizlər”,”Fəridlər” idi.Onlar bu millətin rahat bir şəkildə kürəyini dayaya biləcəyi qəhrəmanlar idi.Əsl Azərbaycan kişisinə məgər yaraşan elə bu deyildimi? Ən əsası isə düşmən tərəf əyani bir şəkildə hər iki tərəfə qiymət vermə şansı əldə etdi.Müharibənin olması bütün şərtlər altında onları əzir və cılız-gülünc bir vəziyyətə salırdı.Təsadüfi deyil ki,döyüşlərin getdiyi vaxtlarda erməni tərəfində xidmətdən yayınma və qeyri-peşəkarlıq kimi hallara görə onlarla hərbi qulluqçu(zabit,gizir heyəti də daxil olmaqla) tutduğu vəzifədən azad edilirdi.Bütün bu faktlar düşmən tərəflə bizim aramızadakı fərqi açıq-aşkar nümayiş etdirir.İstər sosial,istər siyasi,istər iqtisadi və istərsə də hərbi cəhətdən bizdən dəfələrlə geri qalan erməni xisləti bir gün özlərinə qiymət verəcək.Verə bilməsə və müharibəni seçsə, belə bir hərbi sistemlə,belə bir ordu ilə on dənə Ermənistan gəlsin, tək “Mübarizim” onlara kifayətdi!

Qəzan mübarək,Azərbaycan!

(Qeyd:İstifadə olunan məlumatlar bir sıra mənbələrdən götürülmüşdür)

Nihat Piriyev

Rəy bildir
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız