» » “Adsız”

“Adsız”

30 Aprel 2018, Bazar ertəsi
315



-Biz kimik?

-Müasir gənc!

-Yaxşı,bəs biz nəistəyirik?

-Müasir cəmiyyət!

-Sənə görə müasirlik nədir?

-Mmmm…Avropamədəniyyəti-azadsex, azadqadın (söhbət şortik geyinməkdən gedir), azaddüşüncə (metroda öpüşmək normaldır),azad fikir(Ata, mənim “Gey” dostumvar)…

-Səncə dediklərin avropa müasirliyidir?

-да, ачто?

Əlbət ki,məqsədsiz yaşamağın bir mənası yoxdur.Kimdənsə nümunə götürməyin də yaxşı mənada heç bir ziyanlı tərəfi olmaz.Amma “özün” olmaq çox məqamlarda daha əlverişlidi.”Özün olmaq”dan söhbət düşmüşkən,yazının elə bu məqamındaBəxtiyar Vahabzadənin bumisraları lap yerinə düşər:

Nəsənsə, özün ol,təzəsən onda

Sən köhnə olursan,yamsılayanda

Nəsənsə,özün ol, kökündən yapış

Dünənə arxalan, bu gündən yapış


Bu mənada çoxunun “avropalaşmaq” və “müasirləşmək” yolunda verdiyi “qurban”ları heç cürə anlaya bilmirəm.Kimisi geyimindən aşağı-yuxarı 70 sm qurban verir,kimisi“kişiliyini”,kimisi “qadın”lığını,kimisi də ,ümümiyyətlə,özünü. Niyəsə “avropalaşmaq” deyəndə əksəriyyətinin ağlına yuxarıda qeyd elədiyim üzdən iraq məqamlar gəlir.Belə bir deyim var: bəziləri hər şeyi görmək istədikləri kimi görür. Əfsuslar olsun ki, Avropa deyəndə ağlımıza bu gəlir. Niyə güclü intellekt, əqli inkişaf etmiş cəmiyyət, müasir texnika, müasir ideya və ya ölkələrin bütün parametrlərdə irəliləməsi yox məhz geyim tərzi yaxud digər dırnaqarası ideyalar? Qardaş, axı avropanı avropa edən “gey azadlığı” deyil, avropanı avropa edən küçənin ortasında öpüşmək yaxud min cür hoqqadan çıxmaq deyil. Sən hər tində gördüyünə “bomba şey” deyib,sataşanda,yaxud özün kimi “düşüncə əlili”ni tutub yolda öpəndə məgər avropa düşüncəli olursan?

Heç bu inkişafı və avropanın üstün tərəflərini qoyaq bir kənara,bu tərifli avropanın keçmişinə nəzər saldıqda çox məqamlarda görürük ki,avropanı elə avropa edən müsəlmanlar olub. Əksər tarixçilərin yazdığınagörə müsəlmanlar İspaniyadan çıxarıldıqdan sonra,İspaniya böyük bir tənəzzül yaşamağa başladı. Bu tənəzzül o qədər sürətli baş verdi ki, heç bir dövlət belə bir sürətlə süquta uğramamışdı. Bura həm sənaye,həm mədəniyyət,həm elmi,həm də iqtisadi tərəflər daxil idi.Yaxud da bu gün hamının xilas yolu kimi baxdığı avropanın “kilsə vəhşilikləri”i hamıya məlumdu.Bəs müsəlmançılıq və İslam neynəyirdi həmin vaxt?İslamın elmə,savada verdiyi dəyər hansı avropa ölkəsinda var idiki?Hnası kilsədə var idiki?Kilsə ilə elm arasında elə bir uçurum movcud idi ki,bu uçuruma yaxın gedən hər kəs bir göz qırpımında yoxa çıxarılırdı.Budur bizim nümunə götürməli olduğumuz mədəniyyət?Budur bizim qibtə elədiyimiz cəmiyyət?Mən demirəm ki,avropa şərqdən geri qalır.Mən demirəm ki,bizim düşüncə onların düşüncəsindən daha intellektdi.Yox,acıda olsa,etiraf etmək lazımdır ki,bu belə deyil.Problem ondadır ki,biz götürməli olmadığımız şeyləri götürüb,götürməli olduqlarımzı görməzdən gəlirik.Yaxud ,ümumiyyətlə,görə bilmirik.Və nəticə etibarı ilə həm özümüzü gülünc vəziyyətə salırıq,həm də gələcəyimizin üstündən qara bir xətt çəkirik.Avropalaşaq,amma dəyərlərimizdən uzaqlaşmayaq.Avropalaşaq,amma özlüyümüzü, kimliyimizi unutmayaq. Avropalaşaq, amma onlar kimi olmayaq,onlar kimi yeriməyə çalışmayaq. Onsuzda alınmayacaq,özümüz olaq,özümüz kimi yaşayaq,özümüz kimi yaradaq və özümüz kimi ölək!

Nihat Piriyev

Rəy bildir
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız