» » Çempionata yekun vuruldu

Çempionata yekun vuruldu

22 Dekabr 2017, Cümə
106
Ucar rayon Gənclər və İdman idarəsinin dəstəyi və “Gələcək” İntellektual İnkişafa Yardım  İctimai Birliyinin təşkilatçılığı ilə “31 Dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi” gününə həsr olunmuş yeniyetmələr arasında “Xəmsə” Milli intellektual oyunu üzrə rayon çempinatının Final mərhələsi keçirildi. 

 Çempionat  “Gənclər siyasəti haqqında” Azərbaycan respublikası Qanununun və Azərbaycan respublikası Prezidenti Cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025 - ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası” nın müvafiq bəndlərinə əsasən həyata keçirilib.

 Çempionat final mərhələsini açılışında çıxış edən Gələcək intellektual İnkişafa Yardım ictimai birliyinin Sədri Kazım Məmmədov layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, yeniyetmələrin potensial intellektinin qiymətləndirilməsi, dünya görüşünü, zehni inkişafını stimullaşdırması, onların asudə vaxtlarını səmərəli keçirməsi, rəqabət qabiliyyətli intellektli gəncliyin formalaşdırılması layihənin əsas məqsədlərindəndir.

Finalda 4  zona üzrə 32 məktəb komandasından  seçim mərhələlərinin finalçıları iştirak edib. Sonda  1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin “Never give up”, Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin “Qafqaz” komandası, Lək 2 nömrəli tam orta məktəbin “Lider” komandası və Şəhər 4 nömrəli tam orta məktəbin “Spartak” komandalarının iştirak etdiyi final mərhələsində gərgin mübarizədən sonra Xəmsə turundan sonra “Never give up” komandası çempionatın qalibi oldu. 
Layihə “Azərbaycan gəncliyi 2017-2021 – ci illərdə” Dövlət Proqramının 5.4.7 –ci yarımbəndini icra etməyi, İntellektual oyunların kütləviliyini təmin etməyi,  bütovlükdə mövcud intellektual bazanın genişləndirilməsini nəzərdə tuturdu. 

Sonda qalib komanda üzvlərinə və təmsil etdiyi məktəbə diplomlar, fəxri fərmanlar və Qalib komandaya eyni zamanda çempionatın kuboku  təqdim edildi.
Rəy bildir

DİGƏR:

İKT uğurlarımız davam edir
06 Noyabr 2017, Bazar ertəsi
İKT uğurlarımız davam edir
Xəmsə çempionatına start verdi
18 Dekabr 2017, Bazar ertəsi
Xəmsə çempionatına start verdi
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız