Xəmsə üzrə rayon çempionatına start verildi » Intellect.az
» » Xəmsə üzrə rayon çempionatına start verildi

Xəmsə üzrə rayon çempionatına start verildi

18 Dekabr 2017, Bazar ertəsi
42


Ucar rayon Gənclər və İdman idarəsinin dəstəyi və “Gələcək” İntellektual İnkişafa Yardım  İctimai Birliyinin təşkilatçılığı “31 Dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi” gününə həsr olunmuş yeniyetmələr arasında “Xəmsə” Milli intellektual oyunu üzrə rayon çempionatına start verildi.  Çempionat  “Gənclər siyasəti haqqında” Azərbaycan respublikası Qanununun və Azərbaycan respublikası Prezidenti Cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025 - ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası” nın müvafiq bəndlərinə əsasən həyata keçirilir. Layihənin məqsədi yeniyetmələrin potensial intellektinin qiymətləndirilməsi, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onların asudə vaxtlarını səmərəli keçirməkdən ibarətdir. Layihə “Azərbaycan gəncliyi 2017-2021 – ci illərdə” Dövlət Proqramının 5.4.7 –ci yarımbəndini icra etməyi, İntellektual oyunların kütləviliyini təmin etməyi, rəqabət qabiliyyətli intellektli gəncliyin formalaşdırılmasını,  bütövlükdə mövcud intellektual bazanın genişləndirilməsini nəzərdə tutur. 

Çempionat 4 zona və Final mərhələlərindən ibarətdir.

Rəy bildir

DİGƏR:

Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız