» » Gənclər Təşkilatı Xocalı soyqırımını anma tədbiri keçirib.

Gənclər Təşkilatı Xocalı soyqırımını anma tədbiri keçirib.

25 Fevral 2018, Bazar
393

Gələcək İntellektual İnkişafa Yardım ictimai Birliyi Ucar rayon Gənclər evində Xocalı Soyqrımını anma tədbiri keçirib. Tədbirdə ilk öncə Xocalı soyqrımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Qarabağ veteranlarının və məcburi köçkünlərin ümumi müsahibəsi əsasında hazırlanmış filmə baxılıb.

Ucar rayon Mədəniyyət evinin müdiri Ruslan Rəsulov çıxışında, Xocalıda törədilmiş vəhşiliklərin əslində bütün bəşəriyyətə qarşı törədilmiş olduğunu bildirib. Azərbaycan xalqı həmişə humanist olub. Biz ermənilərə heç bir halda güzəştə getməməliyik. Bu faciə heç zaman, 100 illər ötsədə unudulmayacaq deyə O, fikrini yekunlaşdırıb.

Gələcəc İntellektual İnkişafa Yardım İctimai Birliyinin Sədri Kazım Məmmədov Xocalı soyqırımının 20-ci əsrdə Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli faciə olduğunu diqqətə çatdırıb. O qeyd edib ki,  dünya ölkələri xüsusəndə qərbin bəzi dövlətləri ölkəmizə qarşı ikili standartlarla yanaşır və bu məsələdə  öz maraqları, məkirli niyyətləri var. Azərbaycan dövləti  öz tarixi problemini özü həll etmək qüdrətindədir. Bu işdə Gənclərin üzərinə xüsusi məsuliyyət düşür. Biz gənclər daim təbliğat aparmalı Ermənistanın dinc əhaliya qarşı törətdiyi bu insanlığa sığmaz vəhşiliyi bütün dünyaya duyurmalı, Xocalı soyqırımına hüquqi qiymət verilməsinə çalışmalıyıq.

Sonda Xocalıya aid şeirlər söylənmiş və Xocalı soyqrımı ilə bağlı prezentasiyaya baxılıb.

Rəy bildir

DİGƏR:

İKT uğurlarımız davam edir
06 Noyabr 2017, Bazar ertəsi
İKT uğurlarımız davam edir
Çempionata yekun vuruldu
22 Dekabr 2017, Cümə
Çempionata yekun vuruldu
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız