Nurlan Məlikzadənin qısa metrajlı filmi yayımlandı » Intellect.az
» » Nurlan Məlikzadənin qısa metrajlı filmi yayımlandı

Nurlan Məlikzadənin qısa metrajlı filmi yayımlandı

01 Mart 2018, Cümə axşamı
301

O, başqaları tərəfindən sıxışdırılan, kimsəsiz, tək uşaq idi, valideynsiz, bacısız, qardaşsız. Ona paklıq verən bütün çətinliklərə rəğmən saf qalmasıydı. Gördüyü zülmə mərhəmət, eşitdiyi təhqirlərə mülayimlik göstərməsi və ona verilməyən sevincə pis reaksiya verməməsiydi. Filmin süjeti o insandan bəhs edir; həyatının uşaqlıq illərini beləcə dolduran və uşaqlığını birbaşa gəncliyinə möhlət verən müəllimdən.

Belə ki, film bir müəllimin müəllim olmasına kimi keçdiyi yolu, həyat fəaliyyətini, şagirdlərinə davranışını əks etdirir. Film şagird - müəllim münasibətləri, zəhmət və onun bəhrəsinə yetişmə, həyat və onun amalından ibarətdir.

Müəllim... Teymurləng ölüm ayağında onun (müəlliminin) yanında dəfn olunmağını istəmişdi. Aşıq Ələsgər öz ustadına (müəlliminə) bilə-bilə məğlub olmuşdu. Xülasə, bu sevgini qazanan müəllimlər də var, bu sevgiyə layiq şagirdlər də...!

Ümidin siz olduğuna inanın. Ya da inanmayın, sadəcə ümid siz olun!

Filmin rejissoru və ssenari müəllifi Nurlan Məlikzadədir
Rəy bildir
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız