» » Təhsil Nazirliyi 2018-ci il üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini elan edir

Təhsil Nazirliyi 2018-ci il üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini elan edir

27 Fevral 2018, Çərşənbə axşamı
341

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsiAzərbaycan Respublikasının Təhsil Nazirliyi 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini elan edir.

 

Müsabiqənin mövzuları aşağıdakılardır:

1) Təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması (nümunələr: öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərinn tətbiqi, məktəb assosiasiyalarının yaradılması, mübadilə proqramlarının təşkili);
2) Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi (nümunələr: pedaqoji işçilər üçün vəsaitlərin hazırlanması, peşəkarlığın artırılmasına yönəlik fəaliyyətlər);
3) Zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı (nümunələr: metodik vəsaitlərin hazırlanması, mentorluq xidmətinin tətbiqi, uğurlu təcrübənin tətbiq edilməsi);
4) İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi (nümunələr: istedadlı uşaqlar üçün vəsaitlərin hazırlanması, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi təhsil müəssiələrində xüsusi dərnəklərin qurulması, müsabiqələrin və xüsusi kursların təşkili);
5) Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması (nümunələr: innovativ təcrübələrin tətbiq edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi);
6) Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması (nümunələr: Erkən psixoloji yardım xidmətlərinin yaradılması və inkişaf etdirilməsi, psixoloqların peşəkarlığının artırılması istiqamətində tədbirlər, metodik vəsaitlərin hazırlanması, psixoloji xidmətin təkmilləşdirilməsinə dair tədbirlər);
7) Tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması (nümunələr: məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər, buraxılış sinif şagirdlərinin təlim keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər, innovativ qiymətləndirmə metodlarından istifadə edilməsi);
8) Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi (nümunələr: müxtəlif fənlərin innovativ formada tədrisi üzrə pilot proqramların hazırlanması, İKT-nin tətbiqi);
9) Təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi (nümunələr: məktəblilərin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar tədbirlər, peşə yönümü və karyera quruculuğu istiqamətində fəaliyyətlər).

 Müsabiqədə iştirak: Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az   saytından qeydiyyatdan keçməli və müvafiq sənədləri qeyd edilən tarixədək sistemə yükləməlidirlər.


Layihələrin icra müddəti:Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Layihələrin icrasına 2018-ci il aprel ayının 15-dən başlanıla bilər.

Layihələrin məbləği:Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 (yüz min), Fərdi kateqoriya üzrə 10 000 (on min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:• Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər.
• Fərdi kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müraciət edə bilərlər.
• Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər.
• Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzu və texniki tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.

Müsabiqənin müddəti:Layihə təklifləri 2018-ci il fevral ayının 14-dən başlayaraq qəbul edilir.
Tələb olunan sənədlər doldurulmaqla 05 mart 2018-ci il  saat 18:00-dan gec olmayaraq göndərilməlidir.
Əlaqə:Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49

Telefon: 146        

Email: grants@edu.gov.az
Rəy bildir

DİGƏR:

Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız