Sosial şəbəkədə fenomen olan İnformatika müəllimi » Intellect.az
» » Sosial şəbəkədə fenomen olan İnformatika müəllimi

Sosial şəbəkədə fenomen olan İnformatika müəllimi

01 Mart 2018, Cümə axşamı
185
Qanada işlədiyi məktəbdə kompüter olmadığı üçün texnologiya dərsində şagirdlərə lövhədən kompüter öyrətən müəllimin fotoları sosial şəbəkədə minlərlə izləyici tərəfindən paylaşılıb.
“Ölkə.Az” xəbər verir ki, “Microsoft” şirkəti fotoları gördükdən sonra məktəbə kompüter göndərməyə söz verib.
Fotolarda müəllimin lövhəyə “Microsoft Word” proqramını çəkir. Riçard Appiah Akoto adlı müəllim kompüter ekranında görünən düymələri yazı lövhəsində izah edir.
Fevral ayında fotoları sosial şəbəkədə paylaşan müəllim izləyicilərin marağına səbəb olub. Rebekka adlı sosial şəbəkə istifadəçisi isə “Microsoft Africa” şirkətinə tvit ataraq “əminəm ki, bu müəllimə kömək edərsiniz” yazıb.
Şirkət isə, müəllimi kompüterlə təmin etməyə söz verib.
Rəy bildir
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız