Mədəni Nitq Layihəsi Başa çatdı » Intellect.az
» » Mədəni Nitq Layihəsi Başa çatdı

Mədəni Nitq Layihəsi Başa çatdı

04 Mart 2018, Bazar
310


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə
10-cu qrant müsabiqəsinin qalibi Məmmədov Kazım tərəfindən “Mədəni Nitq” adlı layihənin icrası başa çatmışdır.
Ötən həftə ərzində  Layihənin Souncu təlimi baş tutmuşdur. Layihənin əsas məqsədi gənclər arasında natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onlarda özünü ifadə, sərbəst qərar qəbul etmə, kütlə qarşısında çıxış vərdişlərini artırmaq, auditoriyaya uyğun təqdimat, intonasiya, mimika və jestlərin danışıqda istifadə qaydalarının təbliğidir. Layihə rəhbəri Kazım Məmmədov layihənin keçirilməsi haqqında danışarkən qeyd edib ki, bu gün region yeniyetmələri dərslərində məsuliyyətlidirlər, lakin bununla belə, bəzi hallarda əlavə kitab oxumağa, debat və diskusiyalara  zamanlarını düzgün bölüşdürə bilmirlər. Bu da gələcəkdə onlarda çıxış zamanı həyəcana və fikrini ifadə etməkdə çətinliklərə yol açır. Bu layihəni həyata keçirməklə biz yeniyetmələrdə və gənclərdə asudə vaxtlarından səmərəli istifadə edərək, natiqlik keyfiyyətlərini artırmağa, özünə inam hisslərini aşılamağa və sərbəst şəkildə özünü təqdim və özünü ifadə bacarıqlarını inkişaf etdirməyə şərait yaratmışıq. Bu gün gənclərimiz Təlimlərə gələrək həm peşəkar təlimçilərimizdən təlimlər almış, həmdə asudə vaxtlarını səmərəli keçirmişlər. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Onun layiqli davamçısı və ən yaxşı tələbəsi olan Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti bu gün regionlarda da gəncliyin cəmiyyətin avanqard qüvvəsi kimi bütün sahələrdə inkişaf etməsinə şərait yaratmışdır. Layihə rəhbəri sonda Prezident Yanında Gənclər fonduna gəncliyimizə göstərdiyi etimad, diqqət və qayğı üçün minnətdarlığını bildirdir.

Qeyd edək ki, Layihə çərçivəsində 8 təlimlə 2 peşəkar təlimçi məşğul olmuşdur və layihədə ümumilikdə 100 ə yaxın gənc iştirak etmişdir.Layihənin davamlığı diqqətdə saxlanılmışdır.





Rəy bildir

DİGƏR:

Fond növbəti qrant müsabiqəsi elan edir
01 Mart 2018, Cümə axşamı
Fond növbəti qrant müsabiqəsi elan edir
İKT uğurlarımız davam edir
06 Noyabr 2017, Bazar ertəsi
İKT uğurlarımız davam edir
Çempionata yekun vuruldu
22 Dekabr 2017, Cümə
Çempionata yekun vuruldu
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız