Bakıda Afrin Zəfər Festivalı keçiriləcək » Intellect.az
» » Bakıda Afrin Zəfər Festivalı keçiriləcək

Bakıda Afrin Zəfər Festivalı keçiriləcək

30 Mart 2018, Cümə
88

28.03.2018-ci il, saat 11:00 dan etibarən,  Bakıda Okuklu Holdinq İdarə Heyətinin sədri cənab Yılmaz Okuklunun təşəbbüsü ilə  “Hanlı Pazar” Ticarət Mərkəzində  “Bayrağını al gəl! Türkiyəni Sevən Gəlsin!” şüarları altında “Afrin Qələbə Festivalı keçiriləcək.
Festivalda Azərbaycanın və Türkiyənin görkəmli dövlət rəsmiləri, səfirlik nümayəndələri, millət vəkilləri, qeyri hökümət təşkilatı nümayəndələri,  media nümayəndələri və ictimaiyyətin tanınmış simaları iştirak edəcəklər.

Qeyd edək ki, “Afrin Zəfər festivalın”da Türkiyə Cümhuriyyətindən  EkoAvrasya İdarə heyətinin sədri Hikmet Eren, Ekoavrasiya Məşvərət Şurasının sədri, keçmiş Gümüşhane Millətvəkili  Feramüz Üstün, Uşak millət vəkili Mehmet Altay, Kilis millət vəkili Reşit Polat, “ALT Yapım” rəhbəri Sacit Altun və başqaları olacaq.

Qeyd edək ki, festivalda vətənpərvərlik ruhunda mahnılar, rəqslər, Türkiyənin qədim adət-ənənələrini əks etdirən mədəniyyət nümunələri nümayiş olunacaq.
“ Okuklu Holdinqin" təşkilatçılığı ilə reallaşacaq olan "Afrin Qələbə Festivalı" na bütün Azərbaycanlı və Türkiyəli qardaşlar dəvətlidir.

 Sayğıdəyər iş adamı, Okuklu Holdinq İdarə Heyətinin sədri Yılmaz Okuklu “Baş komandanımız cənab Prezident Rəcəb Tayyib Ərdoğan liderliyində, sərhəd ərazilərimizdə yaradılmaq istənən terror dövlətinin berteraf edilib sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədli "Zeytun Dalı" hərəkatı adı altında keçirilən əməliyyatda uca Türk ordusunun qazandığı qələbə münasibəti ilə "Hanlı Bazar" da keçiriləcək Qələbə Festivalında Sizləri də aramızda görməkdən məmnun olarıq” deyə bildirib.
 

 Ünvan: Bakı, Nərimanov rayonu (Dərnəgül Yoluna Əzizbəyovdan istiqamətindən gədiyinizdə 2-ci üst keçidin yanı, Hunday Servisle üzbəüz yolun üzərində)Akademik Ziya Bünyadov pr. 770 -“Hanlı Pazar”( Hunday Servisin yanı) 
Saat 11:00
Sayğılarla_ Okuklu Holding rəhbərliyi
Rəy bildir
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız