Şuradan QHT-lərə növbəti müraciət » Intellect.az
» » Şuradan QHT-lərə növbəti müraciət

Şuradan QHT-lərə növbəti müraciət

05 Aprel 2018, Cümə axşamı
106

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Şura tərəfindən maliyyələşdirilən QHT-lərə müraciət edib. 
Müraciətdə deyilir:  
Hörmətli QHT rəhbərləri, 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il birinci qrant müsabiqəsinin qalibləri ilə müqavilə bağlanması prosesinin təkmilləşdirilməsi, QHT-lər üçün daha rahat və operativ xidmətlərin təşkili məqsədilə müqavilə bağlanması üçün tələb olunan bütün əməliyyatların elektron qaydada həyata keçirilməsi qərara alınmışdır. Yəni, QHT-lər Şuranın qərarına uyğun olaraq Şuraya təqdim etdikləri layihə təklifinə, icra planına və büdcəyə müvafiq düzəlişlər edərək onları Şura Katibliyinin əməkdaşlarına elektron qaydada göndərməlidir. Katiblik əməkdaşı təqdim olunan sənədləri araşdırır, düzəlişə ehtiyac olduğu təqdirdə zəruri dəyişiklikləri ardıcıllıqla qeyd edir və göstərilən düzəlişlərin aparılaraq Şuraya göndərilməsi üçün vaxtı müəyyən edir. Bütün sənədlər elektron qaydada razılaşdırıldıqdan sonra QHT müqavilə bağlanması üçün Şuraya dəvət olunur. QHT-dən düzəliş edilmiş sənədlərlə təyin olunan vaxtda müqavilə imzalanması üçün Şuraya gəlməsi tələb olunur.  
Təəssüflə qeyd etmək istəyirəm ki, bəzi QHT-lər Şuranın onların rahatlığı üçün tətbiq etdiyi bu elektron qaydaya əməl etmirlər, elektron məlumatlara cavab vermirlər, bəzi QHT-lər isə Katiblik əməkdaşlarının bildirdiyi iradlara heç bir düzəliş etmədən təkrar olaraq eyni sənədləri Şuraya göndərirlər. Bu da öz növbəsində təşkil olunan yeni xidmətin tətbiqində ciddi problemlər yaradır.Məlumat üçün bildirirəm ki, Şuranın qərarına əsasən 10 aprel  müqavilə bağlanması üçün son tarixdir.  
Qeyd olunan tarixə qədər müqavilə bağlanması ilə bağlı Katiblik əməkdaşlarının müraciətlərinə cavab verməyən QHT-lər haqqında qərara yenidən baxılması üçün Şuraya müraciət ediləcək və həmin layihələrin dayandırılması xahiş olunacaq. 
Rəy bildir
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız