"Artur J.Finkelstein and Associates” təşkilatı "exit-poll"un nəticəsini açıqlayıb: İlham Əliyev 85,57 faiz səs qazanıb » Intellect.az
» » "Artur J.Finkelstein and Associates” təşkilatı "exit-poll"un nəticəsini açıqlayıb: İlham Əliyev 85,57 faiz səs qazanıb

"Artur J.Finkelstein and Associates” təşkilatı "exit-poll"un nəticəsini açıqlayıb: İlham Əliyev 85,57 faiz səs qazanıb

12 Aprel 2018, Cümə axşamı
96

ABŞ-ın "Artur J.Finkelstein and Associates” (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticəsini açıqlayıb.

 
APA-nın məlumatına görə, təşkilatın rəhbəri Corc Birnbaum deyib ki, nəticələrə əsasən İlham Əliyev 85,57 faiz, Qüdrət Həsənquliyev 2.96 faiz, Zahid Oruc 2.92 faiz, Sərdar Cəlaloğlu 2.48 faiz, Hafiz Hacıyev 1.76 faiz, Araz Əlizadə 1.42 faiz, Fərəc Quliyev 1.52 faiz, Razi Nurullayev 1.37 səs qazanıb.
 
"Exit poll" 40 seçki dairəsində 200 seçki məntəqəsində keçirilib.
 
Sorğuda əvvəlcədən təlimatlandırılmış 20 supervayzer, 400 intervyuçu, 30 operator iştirak edib.
Rəy bildir
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız