Ucarda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edild » Intellect.az
» » Ucarda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edild

Ucarda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edild

18 Aprel 2018, Çərşənbə
113

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

İbtidai icma dövrü adlandırılan çox qədim zamanlardan başlayaraq bəşər övladının bu dünyada yaşayışı nəinki izsiz ötməmiş, əksinə, o, özündən sonrakı nəsillərə çox şeylər söyləyəcək maddi və mənəvi mədəniyyət qoyub. Dünya xalqlarının keçmişi, həyat tərzi onun tarixi abidələrində və yerlərində təcəssüm olunur. Nələrsə bu günümüzə bütöv gəlib çatıb, nələrdənsə xarabalıqlar qalıb, nələrsə öz izini yalnız nağıllarda, əfsanələrdə saxlayıb.

18 aprel
"Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ucra rayonu üzrə abidə mühafizəçiləri tərəfindən rayonda yerləşən bir neçə abidə önündə tədbir təşkil edilib.
Tədbirdə şəhər məktəblərinin müəllim və şagird kollektivi, Heydər Əliyev Mərkəzinin və Tarix Diyarşunaslıq Muzeyinin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rayon Heydər Əliyev parkında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Abidə mühafizəçisi Fatimə Əliyeva "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"haqqında məlumat verərək qeyd etdi ki, Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Daha sonra O, tədbir iştirakçılarına abidə haqqında məlumat verdi və abidə önünə gül dəstələri qoydular. Tədbir iştirakçılarının növbəti ziyarəti Ucar şəhəri Heydər Əliyev prospekti 57 ünvanında yerləşən Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi oldu. Abidə mühafizəcisi abidə haqqında tədbirdə iştirak edənlərə ətraflı məlumat verdi. Tədbir iştirakçıları daha sonra "Şəhidlər Xiyabanı"nda ucaldılmış,1994-ci ildə tikilmiş "Şəhid anası" adlı monumental abidəsini ziyarət etdilər. Abidə mühafizəçisi abidənin tarixi və Azərbaycan anasının böyüklüyü haqqında tədbir iştirakçısına geniş məlumat verdi. O, abidələrin insan həyatına rolundan, onların mühafizəsində birgə işin təşkilindən danışdı və abidələrin mühafizəsi hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd etdi.

Çıxış edən qonaqlar da “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə bağlı fikirlərini bildirdilər. Qeyd edildi ki, Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.


Ucar rayonunun abidə mühafizəçiləri üzrə məsul şəxsi Əliyeva Fatimə







Rəy bildir
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız