» » “İmtahandan intihara”

“İmtahandan intihara”

21 May 2018, Bazar ertəsi
334


Yadıma ali məktəbə hazırlaşdığım günlər düşür. İlk cəhdimdə biraz qeyri ciddi yanaşmışdım və “bəhrəsi”ni də görüb, özüm öz səhvimdən nəticə çıxara bilmişdim.Fikrim heç də özümü tərif eləmək deyil,təbii ki.

Keçək mətləbə.Bu aralar imtahan ərəfəsidir. Xəbər saytlarından da artıq məlum olduğu kimi 3 abituriyent sırf imtahan uğursuzluğuna görə özünü qurban verib,yəni intihar edib.Sizi tamamilə əmin edirəm ki,bunu qəti şəkildə imtahan və imtahan uğursuzluğunun üstünə yıxmağa dəyməz.O intihar edən gənclərin intihar səbəbləri öz çevrələri və öz çevrələrindən yedikləri zərbələrdi.Heç uzağa getmirəm,iki gün əvvəl öz gözümün şahidi olduğu əhvalatı danışım.Tanış adamlardan birinin qohumu da imtahan verdivə bir yerdə nəticələri yoxlamağa başladıq.Bir haşiyəyə çıxım ki,nəticələri yoxlamamışdan əvvəl özüm gözəyarı testə nəzər saldım və heç də qənaətbəxş bir nəticə olmayacağını yəqin elədim.Amma mən - 22 yaşlı bir gənc dərk edirdim ki,bunu həmin vaxtı ona demək heç də yaxşı fikir deyil.Sadəcə dedim ki –“yaxşıdı”.Xülasə,başladıq yoxlamağa.Nəticə dediyim kimi zəif oldu.Aydın məsələdir ki,imtahan verən gənc bir anda hər şeyin alt-üst olduğunu düşünür bir şəkildə sadəcə baxışlarını bir nöqtəyə zilləmişdi,həmin vaxt ona cüzi bir səbəb lazım idi ki,”atılsın”.Sizcə bu dediyim cüzi səbəbi o oğlana kim verdi? Cavab elə acınacaqlı bir cavabdır ki.”Valideynləri”.Siz təsəvvür edin,telefonda o ata, o ana nələr deyirdi nələr....

-yaxşı oldu elə!

-dincəldin?Gedərsən əsgərliyə,ağlın gələr başına..

-camaata nə deyək?Bir ətək pul vermişik və s.və s.

Mən başa düşmürəm ki,bu imtahan deyilən məhfum məgər hər şeyin başlanğıcı yaxud da sonudurmu?Bu imtahan deyilən məhfum məgər bir ata,bir ana üçün övladından daha dəyərlidirmi?Tüpürüm o nəticəyə də,tüpürüm o diploma da ki, məni valideynlərim və çevrəm sırf o nəticəyə görə, sırf o diploma görə qiymətləndirir. Əgər diplom valideynlər üçün bu qədər fəxr olunma mənbəyidirsə bəs övlad?Bu qədər ucuz,bu qədər faciəvi bir düşüncəmi olar?

Hər insanın həyatında saya gələcək qədər vacib mərhələlər olur.Hansıki,bu mərhələlər müəyyən dərəcədə əhəmiyyət kəsb edir və həyatımızda,onun yaxşıya yaxud pisə doğru dəyişməsində rol oyanayır. Sizi əmin edirəm və hətta and içirəm ki, bəhs etdiyimiz bu “imtahan” heç də bu vacib mərhələlərdən ən əhəmiyyətlisi deyil.İmtahan heç bir şəkildə həyatda yüzfaizli bir dönüş nöqtəsi deyil və olması da əsla mümkün deyil.Düzü,mən də əvvəl- ikinici cəhdimdə ali məktəbə qəbul olunanda eləzənn edirdim ki, əsl “super qəhrəman”am və bu mənim həyatımda qazana biləcəyim ən böyük uğurdu.Yox,qətiyyən,yox!Adamlar tanıyıram ki, bu gün ali məktəbdə oxuduqlarına görə peşmandı.Demirəm ki,hamı kitabı atsın,getsin “pes” oynasın.Sadəcə bu imtahan anlayışı valideynlərin və abituriyent çevrəsinin beynini elə bir şəkildə hipnoz edib ki,uğursuzluğa düçar olanda bəzən çıxış yolu yalnız və yalnız ölüm olur.

3 intiharın hər üçünün də səbəbi“ imtahan nəticələri və valideyn təpkiləri” dir.Hətta intihar etmiş gənclərdən birinin əlində coğrafiyadan test toplusu da olub.Bu bilirsinizmi ki,bir valideyn üçün,bir ata,bir ana üçün nə deməkdi?Bu bir cəmiyyət üçün , bu bir kütlə üçün nə deməkdi?

İnsan intihara gəlib çıxana qədər,demək olar ki, mənəvi şəkildə “ölür”.Onu intihara sürükləyən səbəblər “öldürür”.Amma sözügedən - indiki səbəb digər səbəblərdən çox-çox fərqlənir.Çünki onları intihara sürükləyən heç də öz iradəsizlikləri yaxud da məğlub olmalarının verdiyi ağrı deyildi,onları intihara sürükləyən valideyn qorxusu və valideynin yanında başı aşağı olmağın qorxusu idi.Onları intihara sürükləyən “xalxın uşağı”nın qazandığı uğurlar,onların yığdığı 500-600 ballar,özlərinin isə keçid balını yığmamaları idi.Çünki onlar valideynləri üçün qürur yeri ola bilməmişdilər,əksinə utanc yeri olmuşdular.Çünki onlar “bir ətək pulu” boşuna sovurmuşdular.Çünki onlar təlafisi mümkün olmayan bir imtahandan üzüqara çıxmışdılar.

Valideyn bizə məğlub olmağı və bu məğlubiyyətdən sonra yenidən toparlanmağı,yenidən savaşa atılmağı,yenidən silahlanmağı öyrətməlidir.Öyrətməlidir ki,heç bir imtahan heç bir zaman sonuncu ola bilməz.Öyrətməlidir ki,heç kim və heç nə səndən güclü deyil və səndən qiymətli ola bilməz.Və onlar özləri öyrənməlidirlər ki,gənclik dönəminin ən alovlu dövründə bu cür büdrəmələri tənqid atəşinə tutmamalıdırlar,əksinə, övladlarının əllərindən tutub,onları növbəti savaşa hazırlamalıdırlar!Öyrənməlidirlər ki,valideynlik təkcə yemək və geyim tələbatını ödəmək demək deyil.Öyrənməlidirlər ki,valideyn bütün uğursuzluqlarına rəğmən həmişə övladının arxasında olmalı,ona söykənəcək bir qüvvə rolunu oynamalıdır!

Əziz dost,həyat səninlə və sənin uğurlarınla daha gözlədir.Heç bir uğuru isə rahat şəkildə əldə eləmək mümkün deyil.Sən sadəcə çalışmalı və büdrəməkdən qorxmamalı,sonuna qədər savaşmağı bacarmalısan.İntihar heç bir mübarizə üçün ,heç bir savaş üçün çıxış yolu deyil.Sənə verilən imkanlardan layiqincə istifadə et,sən “xalxın uşağı” olma,sən özün ol,sən özün özünlə fəxr elə,inan ki,bu bütün hisslərin ən alisidir.Növbətimi yazımı gözlə!

Nihat Piriyev

Rəy bildir
Agustindak
Agustindak Ziyaretçi 3 Eylül 2018 01:14
бц lighthouse ----- Согласен с вами ----- кэпитал хаус бизнес центр ----- В корне не согласен с мнением автора ----- аренда нордстар тауэр ----- Много уже известно ----- бизнес центр w plaza ----- Очень много ошибок у нас ----- деловой центр белая площадь ----- Бросил это дело ----- https://www.praedium.ru/catalog/arenda-ofisov/ ----- Уберите слова поразиты из своего лексикона ----- святогор бизнес центр ----- https://gosuslugi-kabinet.com/beeline-kabinet/ ----- Вот тебе ссылочка на новый проект ----- http://activator-windows-7.net/ ----- Выкрутитесь из сложившейся ситуации ----- http://aktivator-windows-7.ru/ ----- Не советую вам об этом забывать ----- триколор тв ошибка 10
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız