» » HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ

HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ

05 Noyabr 2018, Bazar ertəsi
121


Belə bir məşhur ifadə var ki, bütün xalqlar öz tarixinin böhranlı, çətin, çıxılmaz anlarında, adətən, sirli-sehirli bir xilaskar gözləyirlər. Bu, bəlkə də nağıllardan, əsatirlərdən, mifik epopeyalardan bizə tanış olan fövqəltəbii bir varlığın yaddaşımıza həkk olunmuş qeyri- adi qəhrəmanlıqlarının təsirindən doğan gözləntilərdir. Amma, hər halda, biz - Azərbaycan xalqı 1993-cü ilin yayında nağıllar aləmində deyildik. Azərbaycanın başı üzərindəki qorxunc təhlükələr dövlətçiliyimizi təhdid edirdi. Xalqımızın əsrlərlə arzuladığı azadlıq, müstəqil dövlət arzuları ötən əsrin 90-cı illərinin əvvəlində ağır sınaqlara məruz qalmışdır.

1993-cü ildə xalqa ilk növbədə əmin-amanlıq, sabitlik, sülh, dinc həyat gərək idi. Həmin problemi yoluna qoymadan, həll etmədən dövlət quruculuğunu başlamaq, sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyildi. Buna isə yalnız Heydər Əliyev qadir idi. Özünüz təsəvvürünüzə gətirin: 1993-cü ilin yayında Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda ölkə böyük çaxnaşma içərisində idi. Sabaha inam qalmamışdır. Ümummilli liderimiz özü o dövrün ictimai-siyasi xarakteristikasını ATƏT-in o vaxtkı sədri Rafaello ilə görüşündə belə təsvir edirdi: “Biz iti ağızlı bıçağın üzəri ilə irəliləyirik. Hər an təhlükədəyik”. Bəli, ötən hər gün özü ilə gözlənilməz təhlükə gətirə bilərdi. Ancaq artıq respublikanın rəhbəri Heydər Əliyev idi və sabaha boylanan ümidlər daha nikbin idi. Üstündən cəmi bir il keçdikdən sonra heç bir siyasətçinin, dövlətin xadimi görə bilməyəcəyi bir iş həyata keçirildi. 1994-cü i! sentyabrın 20-də Əsrin neft müqaviləsi bağlandı. Heydər Əliyev mümkünsüz bir işi reallaşdırdı. Transmilli neft şirkətlərini Azərbaycana investisiya qoymağa cəlb etdi. Məntiqlə bu, baş tutmamalıydı. Çünki, adətən münaqişə ocağı olan yerlərə heç bir şirkət yatırım qoymur. Amma Heydər Əliyevin nəhəngliyi bundan idi ki, o xarici şirkətləri, həm də dünya siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanında olan neft kompaniyalarını əsrin müqaviləsinə imza atmağa razı sala bildi. Bu, həm də transmilli şirkətlərin Heydər Əliyevə olan böyük etimadının və etibarının nəticəsi idi. Bu, Heydər Əliyev zəkasının

təntənəsi idi.

Dəfələrlə deyilmiş, səsləndirilmiş, yazılmış bir fikir mövcuddur ki, mən onu təkrar etmək istəyirəm. Əslin də, həmin fikir daha çox hər bir vətəndaşın, ziyalının etiqadıdır. Həmin etiqadın mahiyyəti isə belədir: böyük öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinə nəzər salmaq, əvəzsiz dövlət xadimi kimi onun gördüyü işləri qiymətləndirmək, xarakterizə etmək çətin və məsuliyyətli, eyni zamanda, vətəndaşlıq və şərəf işdir. Bu gün bizim xatırladıqfarımız, dediklərimiz, şərh etməyə çalışdıqlarımız əslində xalqın ümummilli liderimiz barəsində demək istədiyinin məcmusudur. Əslində isə, ümummilli liderimizin fəaliyyət dairəsi, gördüyü işlərin həcmi bizim təsəvvür dairəmizə və imkanlarımızı çox üstələyir. Çünki Heydər Əliyev yalnız dünənin və bu günün adamı deyildir. O, fenomen şəxsiyyət olaraq daha çox gələcəyin insanıdır. Ona görə də miras qoyub getdiyi siyasi xəttin parametrləri, müxtəlif sahələr üzrə hazırladığı ideoloji əsaslar reallaşdıqca, həyatı həqiqətə çevrildikcə, biz onu daha dərindən dərk etməkdəyik və edəcəyik. Nahaq yerə demirlər ki, siyasətçilər öz fəaliyyətlərini seçkilərə, dövlət xadimləri və nəhəng şəxsiyyətlər isə gələcəyə, milli inkişafa hesablayırlar. Ümummilli liderimizin bütün həyat və'fəaliyyəti məhz milli maraqlar və dövlətçilik maraqlan üzərində qərar tutub. Ümummilli liderimiz deyirdi: “Başqa məsələlərdə müxalif olmaq olar, amma bir məsələdə: milli - mənəvi dəyərlərimizin qorunmasında hamımız eyni cür düşünməliyik”. Məhz bu qiymətli və müdrik fikirdən aydm olurdu ki, bir dövlət xadimi olaraq Heydər Əliyev üçün siyasi opponent məsələsi arxa plandadır. O, Azərbaycan xalqının lideri idi və bu baxımdan onun hər hansı bir çıxışında, kəlamında, fikirlərində siyasi tendensiyaya rast gəlmək mümkün deyildir.

Mən həmişə öz xalqı qarşısında övladlıq borcunu yerinə yetirən insanlara qibtə edirəm. Həm də bu insanların ömür yolunu,fəaliyyətini, şəxsi keyfiyyətlərini özüm üçün əlçatmaz saymışam. Ona görə də “Heydər Əliyev sənin üçün kimdir?” - sualını bir mənalı olaraq həmişə etirazla qarşılamışam. Çünki Heydər Əliyev şəxsiyyətinə bir şəxsin, bir fərdin düşüncələri çərçivəsində tam qiymət vermək qeyri-mümkündür. O, bütün bir xalqın həyatında, tarixində rol oynamış, zamana və tarixə hökm etmiş, mənsub olduğu xalqın tarixini öz əlləri ilə yazmış bir insandır və nəhayət Heydər Əliyevin böyüklüyü bir də ondadır ki, o, özündən sonra bu xalqın taleyini etibarlı əllərə həvalə etdi. Bu gün böyük öndərin siyasi kursunun çox uğurlu davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanımızı inamla xoşbəxt sabaha doğru aparır.

Belə bir xoşbəxtlik hər xalqın qismətinə düşmür. Ümummilli lider Heydər Əliyev demokratik, hüququ dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndər Heydər Əliyev yaradıb. Son illərin sosial-iqtisadi uğurları və xalqın öz inamında həqiqətən də yanılmadığını göstərir. Əgər dönüb arxaya, keşməkeşli müstəqillik tariximizə, təlatümlərlə dolu illərə nəzər salsaq bir daha Heydər Əliyevin ucalığının şahidi olarıq. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çapalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi. Azərbaycanın dünya birliyinin müstəqil bir subyektiv olmaq hüququnu özünə qaytardı.

1993-cü ildən sonra Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində çətinliklə də olsa əvvəlki hakimiyyətlərin səriştəsizliyi və siyasi savadsızlığı ucbatından ölkəyə vurulan yaralar sağalmağa başladı, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb, digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyatı əhəmiyyət kəsb edən atəşkəs əldə edilib.

Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətində artan inam və maraqlardan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin İmzalanması və onun gerçəkləşdirilməsi ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycan iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Heydər Əliyevin dövlətçilik proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir cəhət çəkir ki, burada mənəvi, bədii, habelə estetik intibah iqtisadiyyat, sənaye, tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşmş və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşib.

Bir sözlə, məhz Ümummilli liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Böyük Heydər Əliyev Yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Ucar rayon Çiyni kənd “Hacı Ağamirzə” Məscidinin dini icma sədri və məscidin imamı:Eyvazov Zaur Şahin oğlu

Rəy bildir
Прокомментировать
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız